backend

Agsuda bir ailənin iki körpə uşagı soyuq havada qazsız qalıb

Qaynarxett.media. - Ağsu rayon sakini Musayev Valid Talib oğlu rayon Qaz İdarəsindən şikayət edir. Qeyd edək ki, Valid Musayev qaynarxett.az saytının Şirvan bölgəsi üzrə muxbiridir.

"Bildirirəm ki, kirayə yaşadığım Heydər Əliyev küçəsi ev 134 ünvanında qaz sayğacı istismara yararlılıq müddətini başa vurub. Yerli qaz idarəsinin vaxtında müdaxilə etməməsi nəticəsində sayğac daxilindəki klapan kipləşərək qazın içəri ötürülməsinin qarşısını alır. Ağsu Rayon Qaz İdarəsinə müraciət etdim, mənə bildirdilər ki, sayğacın adına olduğu şəxs vəfat etdiyi üçün sayğacı onun övladlarından birinin adına keçirmək lazımdır. Bunun üçün Ağsu şəhər nümayəndəliyinə müracəit edərək, yaşayış yerindən arayış almaq və sayğac adına olan vətəndaşın ölüm kağızının surətini gətirmək lazımdır. Nəzərə alsaq ki,3 gün qeyri iş günüdür, arayışın alınması mümkün olmur. Bu 3 gün müddətinə mənim 2 azyaşlı övladım soyuq havada qazsız evdə qalmaq məcburiyyətindədirlər. Gələcəyin 2 əsgərinin soyuqda qalması heç bir vicdana sığmır. Yerli Qaz İdarəsindən sənədləşmə işini iş gününə salaraq sayğacı dəyişdirməyi xahiş etsəm də bunun mümkün olmadığını bildirdilər.

Mən Azərbaycan Respublikasının vətəndaşıyam, qanun qarşısında hər kəs kimi məndə acizəm. Lakin bir ailənin 2 körpə uşağının soyuq havada qazsız qalmasının nə dərəcədə düzgün olduğunu da anlamamış deyiləm. Xahiş edirəm aidiyyatı qurumlardan bu məsələdə mənə köməklik etsinlər."


Qaynarxett.az