backend

Laçın rayon Qışlaq kənd tam orta məktəbində NƏ BAŞ VERİR - Direktorun ƏNDİRABADİ ƏMƏLLƏRİ

Laçın rayonu şəhid Əfqan Məmmədov adına Qışlaq kənd tam orta məktəbin direktoru Mübariz Rüstəmov artıq səkkiz ildir ki, bu məktəbə rəhbərlik edir.

Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini bitirən Mübariz Rüstəmov 2014-cü ildə bu məktəbə direktor təyin olunub. Elə o gündən də məktəbin düzənini pozub. Adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, Mübariz Rüstəmov işə götürülən müəllimlərin hamısından pul alır. Direktor Təhsil qanunlarının bütün tələblərini pozur. Çünki məktəbə yeni müəllim yalnız vakansiya yarananda götürülə bilər. O da test üsulu ilə imtahan verib nazirlik xəttiylə gələ bilər. Lakin bu qayda Qışlaq kənd tam orta məktəbində işləmir. Direktor pul verənlərin hamısını gətirir işə düzəldir. Pul alır, gətirir, o müəllimdən 5 saat kəsir, bu müəllimdən 3 saat kəsir, ona dərs yükü verir. Gələn adamlar da 1 ay sonra peşman olur. Artıq nə pulunu ala bilir, nə də işdən gedə bilir.

Adının çəkilməsini istəməyən digər şikayətçi bildirir ki, məktəbdə texniki işçilərdən 3-4-ü işdə görünür. Bu 3-4 nəfər isə 20 nəfərin işini görür. Yerdə qalan texniki işçilərin hamısının pulunu direktor alır. Tanıdığı adamları gətirir yazdırır, onların adı rəsmi ştatda gedir, maaşlarını direktor mənimsəyir. Direktor bu əməllərilə kifayətlənmir, şagirdlərdən də rüşvət yıgır. Qanunla 11-ci sinif şagirdləri hər gün dərsə gəlməlidir, ilin sonunda da imtahanını verib attestat almalıdır. Amma bu məktəbdə belə deyil. Direktor 11-ci siniflərlə danışır, hesabını alır. Şagirdlər də ilin əvvəlində gedir, bir də attestat almağa gəlirlər.

Ən maraqlısı direktor Mübariz Rüstəmovun "tərcümeyi-hal"ında müəllimə yaraşmayan qeyri-etik olaylar da var.

Redaksiyamıza daxil olan ilginc məlumatları dəqiqləşdirdikdən sonra acıqlayacagıq.

ARDI VAR...

Qaynarxett.az