backend

Sabirabad xəstəxanasında Bayram Mikayılov “rüzgarı” – İTTİHAM

Ölkənin səhiyyə sistemində aparılan islahatlara baxmayaraq, şəhər və rayonlarımızda fəaliyyət göstərən xəstəxanalarda ciddi şəkildə problemlər qalmaqdadır.

Belə səhiyyə ocaqlarından biridə Sabirabad rayon Mərkəzi Xəstəxanasıdır. Xalqxeber.az-a daxil olan məlumata görə hazırda Sabirabad Mərkəzi Xəstəxanasını baş direktorun maliyy məsələlər üzrə müavini Bayram Mikayılov idarə edir.
Belə ki, Bayram Mikayılov hazırkı direktor Ənvər Lumanovun korrupsiya əməllərini ortaya çıxardaraq onu sözün əsl mənasında “şantaj” edərək kreslosunu zəbt edib. Bu məsələ ilə bağlı mənbəmiz qeyd edir ki, Bayram Mikayılovun planı hələki səssiz şəkildə Ənvər Lumanovun əli ilə xəstəxanadan yaxşı qazanc əldə etmək, daha sonra isə direktor olmaqdan ibarətdir. Bayram Mikayılov həkim və tibb bacıları vasitəsi rayonda şaiyyə yaydırır ki, o xəstəxanada nizam intizam yaradıb və buna görədə bəziləri onu vurdurur. Ancaq Sabirabad xəstəxanasında bir saat müşahidə aparan istənilən şəxs səhiyyə ocağında heç bir nizam intizamın olmadığının şahidi olar. Yenədə şöbə müdirlərindən və həkimlərdən pullar yığılır, xsətələrdən rüşvət alınır. Mənbəmiz iddia edir ki, Bayram Mikayılov xəstəxanada yatan xəstələr üçün dövlət tərəfindən ayrılan ərzaq vəsaitinin böyük hissəini özünə götürür. Bundan başqa Bayram Mikayılov Ənvər Lumanov üçün şöbələrdən yığılan aylıq haqqın yarsınada “çökdüyü” deyilir. Mənbəmiz bildirir ki. Bayram Mikayılov bir müddət yaxşı qazanc əldə etdikdən sonra Ənvər Lumanovun yerinə keçmək niyyətindədir. Hətta bununla bağlı TƏBİB-də özünə himayədarda tapıb. Qeyd edək ki, Bayram Mikayılov daha yaxşı görərlər. ilə özü haqqında müxtəlif tibb bacıları Ancaq keçmişi ciddi
Sabirabad Rayon Mərkəzi Xəstəxanası maliyyə işləri üzrə direktor müavini Bayram Mikayılov vaxtı ilə Saatlı və Sabirabad DSMF-nin müdiri vəzifələrində işləyib və müxtəlif qalmaqalları ilə ad çıxardıb.
B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişini təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi.
Daha sonra Bayram Mikayılov vəzifə səlahiyyətlərinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə nazir Sahil Babayev tərəfindən Sabirabad DSMF-nin müdiri vəzifəsindən qovulmuşdu.