backend

"Atam icra başcısı Əziz Əzizovun sifarişi ilə həbs olunub" - Prezidentə MÜRACİƏT

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənabına

Birinci Vitce-Prezident Mehriban Əliyevaya

Azərbaycan Respublikasının Baş Prakuroru Kamran Əliyevə

Mən Səfərova Reyhan şərlənərək həbs olunmuş Seferov Eflanın qızıyam. Suraxanı rayon Hövsan kənd sakiniyəm. Şikayətim Suraxanı rayon icra başçısi Əziz Əzizovdandır. Ə.Əzizov Suraxanıya İcra başçısi təyin olunduqdan sonra atam Səfərov Eflanı yanına çağıraraq demişdir ki, sən çox zirək oğlansan, gəl, birlikdə iş görək. Kaçmiş icra başçısı İlqar Abbasov harada torpaq zəbt edibsə araşdır və o torpaq sahələrini bir bir mənə göstər. Beləlilə atam həmin torpaqlarda ev tikməyə başladı. Atam İlqar Abbasovun zəbt etmiş torpaqlarında ev tikib satırdı. 1 otaq evden atama 1000 manat, 2 otaqlı 2000 manat, 3 otaqlı evdən isə 3000 manar pul qalırdı. Atam özümüz üçün öz torpağımızda ev tikmək istədikdə Ə. Əzizovun işçiləri Turan ve Samir Quliyev gelerek tikıntiyə mane oldular və bildirdilər ki Əzizov İcazə vermir. Tikmək istəyirsənsə hamı kimi sən də 15 min manat pul verməlisən. Atam isə onların sözünə məhəl qoymayaraq evi tikdi. Onlar evi gelib sökdülər. Atam Əzizovun yanına geti .lakin bu dəfə Əziz Əzizov onu qəbul etmədi. Atam sosial şəbəkələrdə Prezidentə müraciətlər etməyə başladı. Ə.Əzizovun işçisi Samir Quliyev Hovsan qəsəbəsindəki  kafelərin birində bıçaqla atamı öldürmək istədi. Xoşbəxtlikdən kənd sakinləri Samir Quliyevin əlinden bıçagı alıblar. Samir Quliyev bildirib ki, Əziz məllim tapşırıb ki, başqa yerdə də olsa səni tutub öldürəcəm. Bundan sonra atam evdən bayıra cıxmırdı. Atam eşitmişdi ki, Ə. Əzizov kend məktəbinə sakinlərlə göruşə gələcək. Atam da həmin görüşə getdi. Görüsdə atamla Ə.Əzizovun mübahisesi düşüb. Başcı deyib ki, sən 22 ədəd qeyri-qanunu ev tikmisən. Atam da cavabında bildirib ki sənin pulunla, sənin üçün tikib satmışam. Bu görüşdən 1 neçe gün sonra atamı sahe müvəkili polisə apararaq bildirib ki, güya atam 45 gün əvvəl kənd sakini İbiş adlı şəxsi bıcaqlayıb. Onu da qeyd edim ki İbiş icra başcısı Ə. Əzizovun göstərişı ilə Suraxanı rayonu ərazisində kvadratı 2000 manata obyekt yerləri satır.

İbiş güya şəhid ailəsidir. Əslində isə onun ailəsində şəhid yoxdur. O, şəhid ailəsi adından istifadə edərək bir cox kənd sakinlərindən şiakyətlər edib. Hazırda atam 3 Saylı Müvəqqəti Saxlanma Təcridxanasındadır. Onu icra başcısı Əziz Əzizovun qeyri-rəsmi göstərişi ilə şərlənərək həbs ediblər. Ailəmiz başsız qalıb. Sizdən xahiş edirik ki, bu işın xüsusi nəzarətə alnması ücün müvafiq göstəriş veəsiniz. 

Hörmətlə,
Səfərova Reyhan Əflan qızı.


telefon:070 606 60 25