backend

9-B ( dəlilik) kağızı olan bələdiyyə sədrləri…. – Mərdəkan bələdiyyəsinin sədri Mirbaba Hüseynov Xəzərin sahilindəki ən bahalı torpaqları satıb…

“Prostina”, aftafa satan Mirbaba necə bələdiyyə sədri oldu ? 

Banklara, marketlərə icarəyə verdiyi obyektləri Mirbaba necə qazanıb..?


Bu yazının mövzusu bələdiyyə, bələdiyyə üzvləri və bələdiyyə  sədrləri olduğu üçün bu yaxınlarda qarşılaşdığımız bir dəhşətli məlumatı oxucuların nəzərinə çatdıraq… 
Deməli, Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin sakinləri dövlətin bütün rəhbərlərinə yazır ki, bizim qəsəbəmiz Ulu Öndər SSRİ rəhbəri olanda öndə gedən olub, “milyonçu sovxoz” olub, indiki icra başçısı qəsəbəmizi “dilənçi qəsəbəyə” çevirib.
Belə ki, Şamaxının icra başçısı Tahir Məmmədovun birbaşa  göstərişi ilə 9B – dəlilik kağızı olan ( xəstəliklər cədvəlinin 22-C maddəsinə görə komissovat olunub) Sabir Mikayılov qəsəbənin bələdiyyə sədri seçildi.
Sakinlər yazır ki, bildiyimiz kimi xəstəliklər cədvəlinin 22-C maddəsinə görə xəstə bilinən adama nəinki vəzifə tutmaq, hec hərbi xidmətə də aparılmır, nə də ki maşın sürməyə icazə verilmir, hətta cinayət törətsə belə məsuliyyət daşıya bilməz. Bəli, bələdiyyə sədri də bələdiyyənin hesabında yığılmış 30 min manat pulu bir gündə  həzm-rabedən keçirib. Hansı ki, o pul qəsəbə yollarının təmirinə ayrılıbmış.
Təsəvvür edirsiniz, bələdiyyənin mühasibi baş  verən cinayət əməllərini görüb dəhşətə  gəlib, işdən çıxıb, qaçıb  canını qurtarıb, indi onun yerinə 84 yaşlı, təhsili olmayan qoca qadını mühasib götürüb sənədlərə qol çəkdirirlər…
Məlumat üçün  qeyd edək ki, bütün sivil  dünyada bələdiyyələr  yerli hakimiyyət sayılır, bələdiyyə üzvlərini, sədrini nəinki icra başçısı, heç baş nazir də  qoya bilməz. Bütün bələdiyyə üzvlərini  yerli sakinlər  seçki yolu ilə müəyyən edirlər. Çox təssüf ki, bizdə bəzi bələdiyyələr bəzi icra başçılarının torpaq alverçilərdir.
İndi haqqında bəhs edəcəyimiz Hüseynov Mirbaba Miri oğlu Mərdəkan bələdiyyəsinin sədridir. Biz demirik ki, Mirbaba Hüseynovun “dəlilik kağızı” var-filan…
Amma media üzərindən  apardığımız xırda bir araşdırma zamanı bəlli oldu ki, bu şəxs dəfələrlə saxlanılıb və…1-2 gün sonra sərbəst buraxılıb. Bu necə olur axı…? Məgər onun da 9-B kağızı var..?
Bütün Mərdəkanda ən bahalı torpaqların alverçisi kimi ad-san qazanan, milyonlara  sahib olan Mirbaba Hüseynov ölkə qanunlarını istədiyi vaxt pulla poza  bilir.  Hətta xəbərlərin birində oxuduq ki, Ekologiya Nazirliyi Xəzərə tullantı axıtdığı üçün bələddiyyə sədrini  2000 manat cərimələyib. Mərdəkan camaatı deyir ki, Mirbaba üçün 2000 manat yarımsot torpaq da eləmir…
Deməli, paytaxt Bakının ən bahalı torpaqları Xəzər rayonunda, daha dəqiq desək Mərdəkan qəsəbəsindədir.
Ümumiyyətlə, Xəzər rayonunda Mərdəkan, Şüvəlan, Buzovna, Şağan, Binə, Zirə, Türkan, Qala bələdiyyələri fəaliyyət göstərir. Adi oxucu da  görə bilər ki, kurort  zonası sayılan bu bələdiyyələrin ərazisindəki torpaqların qiyməti az qala qızıl qiymətinədir.
Təsəvvür edin ki, Mərdəkanda Xəzər dənizinin sahilində nə qədər kafe, restoran  varsa hamısının xeyir-duasını Mirbaba verib. Mirbaba Hüseynov Mərdəkanda ən bahalı torpaqları bələdiyyə sənədi ilə satıb, dəniz sahilini kimlərəsə hədiyyə edib. Mirbaba orda-burada öz  xeyriyyəçiliyindən, kasıblara 50 manat verməsindən danışır. Adama deyərlər ki, xalqın torpaqlarını satıb milyonlara sahib olmusan, indi də xeyriyyəçilikdən danışırsan…
Mərdəkan camaatı Mirbabaya “prostina satan” deyir. Belə ki, Mirbaba Hüseynov bələdiyyə sədri olmazdan öncə Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni Təsərrüfat İşləri üzrə müdir olub. 
Bəli, bir vaxtlar köhnə “Jiquli”də  gəzən, xəstəxananın mələfələrini, tualet aftafalarını satan Mirbaba indi ən bahalı xarici  avtomobillərdə gəzir.
Ümumiyyətlə, Mirbabanın ali təhsilinin olub-olmadığı da dəqiq bəlli deyil. Mərdəkan camaatı  deyir ki, Mirbabanın həyatı da macəra ilə doludur, bu günədək subaydır. Əlbəttə, bu Mirbabanın özəl həyatı olduğu üçün çox dərinə getmirik. Amma Mirbabadan soruşan lazımdır ki, hazırda Acsess banka, Oba marketə, House inşaata icarəyə verdiyin obyektlərini, gecə-gündüz işləyən mebel sexlərini hansı pulla qazanmısan. Bax, Mirbabaya bu suallar veriləndə, onun həbsi qaçılmaz olacaq. Gündəlik Bakı