backend

Masallıda səhiyyə adına biabırçılıq... - GİLEY

Masallı Rayon Mərkəzi Xəstəxansının direktoru Ilqar Ramizoğlu Masallı səhiyyəsin bərbad günə qoyub.
Bir sözlə Xəstəxananın həkimlər Ilqar doktorun sadəlövhlüyündən istifadə edib öz istədiklərin edirlər. Sözügedən Xəstəxananın işbaz həkimləri "dərman" firmasının işçiləri ilə əlbir olub bahalı dərmanları xəstələrə yazıb, onların səhətin bir az da ağırlaşdırırlar.
Bütün günü firma işçiləri Mərkəzin Xəstəxanasındadır, özü çiyinlərində çanta.

Masallıdan redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdə o da bildirilir ki, çox xəstələr qorxduğlarından Masallı Mərkəzi Xəstəxanasının həkimlərinə müraciət edə bilmirlər. Səbəb də onu göstərirlər ki, əksər həkimlərin tibbdən anlayışı çox zəifdir, və yaxud da firma dərmanların yazırlar.
Odur ki, xəstələr gedib aptek işçilərinə özləri üçün dərman yazdırırlar.

Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq.
 //azerinfo.info//