backend

“SAPOQ ƏLİ” Sumqayıt şəhərində 2 zavoda necə sahib oldu..? – “SAPOQ ƏLİ” bahalı “CİP”-i Könül xanıma hansı pulla alıb..?

Müdriklərə əbəs yerə müdrik demirlər. Ərəblərin MÜ – sözönlüyünü kənara qoysaq DƏRK…İDRAK sözü alınar. Yəni müdriklər nəsə deyəndə havadan deyil, idraka əsaslanıb deyiblər. Bəli, müdriklərimiz deyib ki, köç geri qayıdanda axsaq-uxsaq qabağa düşər… Müasir müdriklər isə belələri haqqında “Eşşəkdən düşüb Mersedesə minənlər” deyib….

Sözün qısası, köç geri qayıdanda qabağa düşənlərdən, eşşəkdən düşüb mersedesə minənlərdən biri də SAPOQ ƏLİ-dir.. SAPOQ ƏLİ kimdir, nəçidir..? Əsl adı, soyadı Məmmədov Əli olan məxluq Füzulidə doğulub, böyüyüb. Və şəhərə gələndə yamaqlı şalvarda, “kerzovoy” sapoqda gəlib. Əlbəttə, biz kimisə kasıblığına, fəqirliyinə lağ edəcək, ironiya ilə yanaşacaq adamlar deyilik. Allah hərəyə az-çox bir ömür nəsib edib. Hətta millətimizə atalıq edən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev də ömrünün sonlarında böyük sıxıntı keçirib, hətta onun qızı Sona xanım adi çörəyi tapa bilməyib.
Sözümüzün canı odur ki, Allah kiməsə yazdığı qəzavü-qədərə gülmək olmaz. Amma… Əmması odur ki, dünən yamaqlı şalvarda  gəzən, yayın cırhacırında SAPOQ geyinənlər bir az pul-para əldə edən kimi harınlayır, özlərini az qala kəndin kəndxudası kimi aparırlar. Bu yazı ümumi kasıblara deyil, məhz belələrinə aiddir.
Bəli, SAPOQ ƏLİ Füzulidən gələndə bir müddət öz yerlilərinin yanında adi fəhlə kimi işləmişdir…metal qırıntısı, qara, əlvan metal toplanması, tərəzidə çəkilməsi, təhvil verilməsi məsələlərinə baxmışdır… Bu yerdə  qeyri-ixtiyari Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov yada düşür.
Oxucular düşünə bilər ki, SAPOQ ƏLİ hara, Həsənov ƏLİ hara..? Bəli, məlumatlı oxucular yaxşı bilir ki, Həsənov ƏLİ də vaxtilə QUSKA-nın yanında tərəzidə qara, əlvan metalların tullantısını çəkirdi və QUSKA-nın əlinə baxırdı… Sonra QUSKA-nın əli ilə Perzident Administrasiyasına vəzifəyə gedən ƏLİ Həsənov ona çörək verən QUSKA-nı tanımadı… Bu iki ƏLİ-ni müqayisə etməyimiz sizlərə təəccüblü gəlməsin, bunların mahiyyəti və ZATI eynidir…
İndi qayıdaq SAPOQ ƏLİYƏ… Bəli, SAPOQ ƏLİ də ona çörək verənləri sata-sata, baqaja qoya-qoya axırda özü Sumqayıt boyda şəhərdə zavod açmalı oldu… Bəli, təəccüblənməyin qara-əlvan metal biznesini əla mənimsəyən SAPOQ ƏLİ qısa vaxtda milyonçuya çevrildi, “DELTA” zavodunun sahibi oldu.
Onu da qeyd edək ki, metal sexləri, qara metal biznesi Azərbaycanda ən gəlirli biznes növünə çevrilib. Bu gün məmurların bir çoxu qara və əlvan metal biznesi ilə məşğuldur. Əbəs yerə deyildir ki, bizlər səhər yuxudan oyanmamış DƏMİR ALIRAM…METAL ALIRAM… sədaları məhəlləni bürüyür. Bu gün isə döyüş bölgələrindən gətirilən “metallom”lar SAPOQ ƏLİ kimiləri üçün milyonlar deməkdir.
Təsəvvür edin ki, Füzulidən yamaqlı şalvarda, SAPOQ-da gələn Məmmədov Əli isti, sıcaq münasibətdə olduğu Könül adlı bir cavan xanıma 100 min manat dəyərində “CİP” avtomobili bağışlayıb. Bu hələ harasıdır..? SAPOQ ƏLİ bu yaxınlarda  ikinci bir DELTA zavodunu da açıb. Və bu illər ərzində SAPOQ ƏLİ həmişə vergidən yayınıb.
Məlumat üçün onu da qeyd edək ki, Sumqayıt şəhərindəki deputat Tahir Mirkişiliyə məxsus “Delta Qrup C.O.” MMC (“Bismak” və “Çörəkçi” zavodları) ilə SAPOQ ƏLİ-yə məxsus “DELTA”  kabel zavodlarını səhv salmayın. Qoy Vergilər Dövlət Xidməti “Sapoq Əli”nin Dövlətə olan milyonlarla vergi borcunu müəyyən etsin. Gündəlik Bakı.