backend

`Trendyol`dan mal sifariş etdi və... - "Bunlarda hansı məsuliyyət ola bilər?"

"Təcrübəmə əsasən bir məsləhət verim sizə. Trendyoldan birbaşa Azərbaycana heçnə sifariş etməyin. Əgər malda hər hansı problem çıxarsa şikayət edəcəyiniz heç bir yer olmayacaq.

Buyurun, malda problem çıxıb, saytda dəstək yerinə yazmışam, bunun yazdığı şeylərə baxın. Ağzına gələni yazır və sonda da deyir ki, məndə sistem işləmir. Digər əməkdaşa yazın. Digər əməkdaşda eyni sistem deyilki?

Açılan sorğulara da məhəl qoymurlar. Ondansa biraz bahasına hansısa daşınma şirkəti ilə gətizdirin sabah problem çıxanda şikayət etməyə, ürəyinizi boşaltmağa həm yeriniz olsun, həm də onlarla malı geri qaytarmaq olur.

Tapıblar yoldan keçənləri müştəri xidmətində işlədirlər. Bunlarda hansı məsuliyyət ola bilər?"

Mənbə: "Müştərinin Səsi"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...