backend

ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN:BU GÜN XALQIMIN GÜNÜ…

ZƏFƏRİN MÜBARƏK, İllər sonra bir yumruq kimi birləşərək bir an da olsa belə ruhdan düşməyən, qələbəmiz üçün ön cəbhədə, arxa cəbhədə bacardığını əsirgəməyən, bir addım geri çəkilmək istəməyən, sonunda QƏLƏBƏ adlı o gözəl duyğunu yaşayan xalqımın günü…

GÜNÜMÜZ MÜBARƏK, GÖZƏL XALQIM!!!

Torpaqları qaytarıb özləri qayıtmayan, zəfər adlı möhtəşəm bir hissi bizə yaşadan, hər birimizin ölən günümüzədək qanımızla-canımızla borclu olduğumuz, 30 ildir bükülən belimizi, əyilən başımızı 44 günə qanı hesabına dikəldən, əbədi olaraq ürəyimizə gömdüyümüz MÜQƏDDƏSLƏRİMİZ, haqqınızı halal edin! Bu sevincimizi bizə bağışlayın!
Ruhunuz qarşısında baş əyirik!

Gözünü qırpmadan bizim bu günkü günümüz-güzəranımız üçün bədəninin əzalarından keçən qəhrəman qazilərimiz! Haqqınızı halal edin! Qarşınızda baş əyirik!

İgid oğullar yetişdirən, hər şeydən öndə “VƏTƏN” olduğunu göz bəbəklərinə aşılayıb onları ürəklə odun-alovun içinə göndərən ata-analarımız, bu günkü sevincimizi bizə bağışlayın! Qarşınızda baş əyirik!

Bu zəfəri bizə yaşadan, xalqının-millətinin arxasında dayanan Cənab Ali Baş Komandanımız! Haqqınızı halal edin! Haqqınız danılmaz!

Vətənin keşiyində duran, Vətəni ğöz bəbəyi kimi qoruyan ŞANLI ORDUMUZ! Haqqınızı halal edin! Allah sizləri qorusun.

GÜNÜMÜZ MÜBARƏK, ƏZİZLƏRİM!!!

Vəfa Muradzadə
İş xanımı