"Dövlət quruculuğunun müxtəlif mərhələlərində fərqli idarəçilik metodlarının tətbiqi təbii və qanunauyğun bir prosesdir. Müstəqilliyimizin ilk illərində hakimiyyət mexanizmlərinin vertikal istiqamətdə təmərküzləşdirilməsi mövcud tarixi şərait üçün daha məqsədəuyğun idarəetmə üslubu kimi qəbul edilirdi. Lakin artıq həmin dövrdən 30 ildən çox vaxt keçib və bu müddət ərzində ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında köklü dəyişikliklər baş verib".
Bunu Demokrat.az-a açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
O, bildirib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan tarixinin ən böyük zəfərinə imza atıb:
"Eyni zamanda, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, qlobal siyasi və iqtisadi sistemlərə inteqrasiya prosesi dərinləşib. Daxildə isə elm, təhsil, səhiyyə və sosial həyat sahələrində mühüm inkişaf mərhələsi yaşanıb. Ədliyyə və hüquq-məhkəmə sistemində genişmiqyaslı islahatlar aparılıb və bu proses hazırda da davam etdirilir".
Deputat bildirib ki, bütün bu dəyişikliklər dövlət idarəçiliyi sistemində də yeni yanaşmaların formalaşdırılmasını zəruri edir:
"Hazırkı mərhələdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahatlar tamamilə təbiidir və onların hər bir vətəndaşın həyatına müsbət təsir göstərəcəyi gözlənilir. Bu islahatların ilkin nəticələri artıq Qarabağ və Şərqi Zəngəzur bölgələrində müşahidə olunur və öz səmərəliliyini göstərir".
Onun sözlərinə görə, qeyd olunan dəyişikliklər icra hakimiyyəti orqanlarının ləğvini nəzərdə tutmur:
"Əksinə, bu islahatlar yeni dövrün tələblərinə uyğun olaraq mərkəzi icra orqanları ilə ənənəvi yerli idarəçilik strukturları arasında səlahiyyət bölgüsünün daha dəqiq müəyyənləşdirilməsini və ümumilikdə daha çevik, effektiv idarəetmə mexanizminin yaradılmasını hədəfləyir. Nəticə etibarilə, bu yanaşma dövlət–vətəndaş münasibətlərinin daha səmərəli tənzimlənməsinə, regionların sosial-iqtisadi inkişafına isə yeni impuls verəcək".
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Siyasət
Sosial / Bolge



