Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü toplantısı bir daha göstərdi ki, enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, geosiyasi sabitliyin əsas sütunlarından biridir. Son onilliyin təcrübəsi sübut edib ki, məhz dialoq, koordinasiya və davamlı məsləhətləşmələr sayəsində ən mürəkkəb sınaqlar belə fürsətə çevrilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəfdaşların müntəzəm şəkildə bir araya gələrək görülən işləri təhlil etməsi və növbəti mərhələləri planlaşdırması bu təşəbbüsün dayanıqlığını təmin edən əsas amildir.
Son 12 ildə həm region, həm də qlobal niqyasda beynəlxalq birlik müxtəlif siyasi və iqtisadi çətinliklərlə üzləşib. Lakin belə bir şəraitdə Azərbaycan öz tərəfdaşları ilə birlikdə enerji təchizatında sabitliyi qorumağa nail ola bilib. Bu gün bir sıra ölkələrin enerji təhlükəsizliyinin real təminatında Bakının rolu artıq mübahisə mövzusu deyil, gündəlik həyatın hiss olunan reallığıdır. Hər illik görüşdə “irəliləyiş” anlayışının əsas xətt kimi səslənməsi təsadüfi deyil – çünki hər mərhələ konkret nəticələrlə müşayiət olunur. Avropa bazarında mövcudluğun genişləndirilməsi strategiyası da bu ardıcıl siyasətin tərkib hissəsidir. Almaniya və Avstriyaya qaz ixracının başlanması ilə Avropa İttifaqında Azərbaycan qazını alan ölkələrin sayı 10-a çatıb. Bu, təkcə coğrafiyanın genişlənməsi deyil, həm də etimadın artması deməkdir. Qarşıdakı illərdə “Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron”un tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və “Şahdəniz” üzrə yeni mərhələ əlavə 10–15 milyard kubmetr həcmində qaz hasilatına imkan yaradacaq. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, hasilat artımı paralel olaraq nəqliyyat və paylama infrastrukturunun genişləndirilməsini zəruri edir. Cənub Qaz Dəhlizinin hazırda tam yüklənməsi yeni interkonnektorların və genişləndirmə layihələrinin aktuallığını artırır. Enerji siyasətinin digər mühüm istiqaməti isə balanslı yanaşmadır. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə artıq 307 meqavat gücündə hidroenerji potensialını sistemə qoşub və yaxın illərdə bunu ikiqat artırmağı planlaşdırır. Günəş və külək enerjisi layihələri, eləcə də mümkün termal enerji istiqamətləri ümumi enerji portfelinin şaxələndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin COP29 zamanı faydalı qazıntı yanacaqlarını nəzərə almadan real enerji siyasəti qurmağın mümkünsüzlüyü barədə səsləndirdiyi fundamental fikir bu gün də aktuallığını qoruyur. Bu bira daha göstərir ki, realizm və praqmatizm Azərbaycanın yanaşmasının əsasını təşkil edir. ABŞ ilə strateji tərəfdaşlıq da bu planların reallaşmasına əlavə zəmanət yaradır. Qlobal güc mərkəzləri ilə koordinasiya olunmuş siyasət Azərbaycanın enerji gündəliyini regional çərçivədən çıxararaq daha geniş miqyasda təsirli edir. Nəticə etibarilə, Bakı həm ənənəvi, həm də yaşıl enerji sahəsində paralel inkişaf modeli quraraq uzunmüddətli sabitliyin əsaslarını möhkəmləndirir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət


