XIII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində baş verən proseslərə dair mühüm mesajlar və strateji yanaşmalar ehtiva edir. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım sosial şəbəkə hesabında paylaşım edərək bildirib.
Deputat qeyd edib ki, martın 12-də Bakıda keçirilən forumda Prezident İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı həm regional, həm də qlobal təhlükəsizlik məsələlərinə Azərbaycanın baxışını aydın şəkildə ortaya qoyur. Onun sözlərinə görə, dövlət başçısının səsləndirdiyi fikirlər müasir geosiyasi reallıqlar fonunda təhlükəsizlik və sabitliyin dövlətlərin əsas prioritetlərindən biri olduğunu bir daha nümayiş etdirir.
Fatma Yıldırım vurğulayıb ki, müasir dünyada təhlükəsizlik təmin olunmadan iqtisadi inkişafın, sosial rifahın və beynəlxalq əməkdaşlığın dayanıqlı şəkildə həyata keçirilməsi mümkün deyil. Azərbaycan isə bu sahədə mühüm təcrübəyə malik ölkələrdən biridir. Belə ki, ölkəmiz uzun illər işğal şəraitində yaşadıqdan sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə nail olub. Bu proses beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq həyata keçirilib və 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarını işğaldan azad edib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də regionda sülh gündəliyinin formalaşdırılması ilə bağlı idi. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün təmin olunması istiqamətində real addımlar atır. Ticarət əlaqələrinin bərpası, tranzit imkanlarının yaradılması və enerji əməkdaşlığının genişləndirilməsi ölkəmizin sülhə sadiqliyinin göstəricisidir.
Fatma Yıldırım bildirib ki, dövlət başçısının çıxışında enerji təhlükəsizliyi məsələləri də xüsusi yer tutub. Bu gün enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan isə beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi çıxış edir və qaz ixracının coğrafiyasını genişləndirir. Hazırda 16 ölkənin Azərbaycan qazını boru kəmərləri vasitəsilə alması ölkəmizin Avrasiyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını göstərir.
Deputat əlavə edib ki, Azərbaycanın nəqliyyat və logistika sahəsində yaratdığı infrastruktur ölkəmizi qlobal tranzit mərkəzlərindən birinə çevirib. Ölkəmiz həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat dəhlizləri üzrə mühüm tərəfdaş kimi çıxış edir və bu layihələr Avrasiya məkanında ticarət və iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Sonda Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı bir daha göstərir ki, Azərbaycan bu gün həm regionda, həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə töhfə verən məsuliyyətli və etibarlı tərəfdaş kimi çıxış edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmiz beynəlxalq sistemdə siyasi və iqtisadi baxımdan mühüm mövqe qazanıb.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
gundem / Siyasət
gundem / Siyasət


