backend

Jalə Əliyeva Zərdabda vətəndaşlarla görüşüb

Millət vəkili, Milli Məclisin Ailə,qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva növbəti səyyar qəbulunu Zərdab rayonunun Körpükənd kəndində keçirdib.

Körpükənd Qarabağ savaşında 9 şəhid verib. Onların xatirəsi ehtiramla anlıb, göstərdikləri şücaətə görə hər birinə minnət borcu ifadə edilib.
Bayram əhvalında, xoş ünsiyyətlə davam edən qəbulda, ölkədə və rayonda həyata keçirilən böyük quruculuq, abadlıq işləri haqqında danışılıb. Qəbul iştirakçıları, görülən işlər üçün dövlətimizə minnətdarlıqlarını ifadə ediblər. Sonra deputat tərəfindən qəbul iştirakçılarının kəndlə bağlı təklifləri və fərdi müraciətləri dinlənilib.Deputat, qaldırılan məsələlərin bir qismi haqqında yerli icra orqanları ilə elə qəbul sırasında əlaqə saxlayıb, mümkün olan köməkliyin göstərilməsini xahiş edib. Mərkəzi icra orqanları ilə əlaqəli məsələlərə isə, kənd sakinlərinin yazılı müraciətindən sonra baxıkmasına qərar verilib.
Qəbul, hər zaman olduğu kimi, çox səmimi, mehriban və qarşılıqlı anlayış şəraitində keçib.
media-1media-2media-3media-4media-5media-6media-7media-8media-9media-10media-12media-13
media-13media-14media-16media-17media-18