backend

Müşfiq Məmmədli “Lab Expo 2026” beynəlxalq konqresində iştirak edib

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli 30 aprel – 2 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilən 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo 2026-da iştirak edib.

Qaynarxett.az xəbər verir ki, tədbir çərçivəsində laborator tibb sahəsində beynəlxalq təcrübə mübadiləsi, innovativ yanaşmalar və elmi əməkdaşlıq imkanları müzakirə olunub. Konqresin bu sahədə bilik və təcrübə paylaşımı baxımından mühüm platforma olduğu vurğulanıb.

Müşfiq Məmmədli bildirib ki, belə nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə təşkili Azərbaycan səhiyyəsinin, xüsusilə də laborator tibb sahəsinin inkişafına mühüm töhfə verir.