backend

"YENİ AZƏRBAYCAN PARTİYASI VƏ MÜASİR AZƏRBAYCANIN DÖVLƏTÇİLİK DƏYƏRLƏRİ"

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə "Yeni Azərbaycan Partiyası və müasir Azərbaycanın dövlətçilik dəyərləri" mövzusunda konfrans keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qaynarxett.az xəbər verir ki, tədbiri giriş sözü ilə Naxçıvan MR Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev açıb. YAP Naxçıvan şəhər təşkilatının sədri "Yeni Azərbaycan Partiyası və müasir Azərbaycanın dövlətçilik dəyərləri" mövzusunda məruzə edib. Natiq məruzəsində müasir, müstəqil, demokratik Azərbaycanda milli, hüquqi dövlət quruculuğunun ideoloji-nəzəri konsepsiyasının müəllifinin Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Müstəqil Azərbaycan dövlətinin memarının və Yeni Azərbaycan Partiyasının qurucusunun Ümummilli Lider Heydər Əliyev olduğunu qeyd edən natiq Onun bütün dövlətçilik mirasının ləyaqətlə qorunduğunu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni siyasi zamanın çağırışlarına adekvat şəkildə həyata keçirildiyi qeyd olunub. 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə imza atan xalqımızın, ordumuzun və Müzəffər Ali Baş Komandanımızın bu monolit birliyinin ölkəmizi bundan sonra daim yeni zəfərlərə doğru aparacağına əminlik ifadə olunub. Milli dövlətçilik dəyərlərinin ən yüksək səviyyədə qorunduğu ölkəmizin son ilyarım ərzində əvvəlcə COP29, bu günlərdə isə WUF13 kimi iki böyük benəlxalq tədbirə ev sahibliyi etməsi və əldə edilən mühüm nəticələr Azərbaycanın bəşəri dəyərlərə mühüm töhfəsi, qlobal çağırışlara yüksək səviyyəli hazırlığı kimi qiymətləndirilib.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilmiş bir sıra partiya üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.