backend

Nazir müavini Vüqar Kərimovun Masallıdakı "qara kassir"i HEGOMONLUQ EDİR - Şok faktlar

QAYNARXETT.MEDİA - Biz keçən yazılarımızda Ekologiya və Təbii Sərvətlər nazirinin Lənkəran və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzlərində olan "Qara kassir"ləri barədə yetərincə məlumat vermişdik. Amma çox təəssüflər olsun ki, həmin qara kəsirlər hələ də iş başındadırlar.

Necə olur ki, Vüqar Kərimovun Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində "Qara kassir"i olan Mərkəzin baş mühafizə mühəndisi Abturab Bağırov bu qədər cinayətləri və ciddi nöqsanları etdiyi halda, hələ də iş başındadır?!
Vüqar Kərimov çıxıb bu yazılanlara aydınlıq gətirib, mətbuata bununla bağlı hər hansı bir açıqlama verə bilərmi?
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində əksər baş mühəndis və mütəxəssis vəzifələrinə qeyri-meşəçi və orta ixtisas təhsilli işçiləri yığıblar?! kendtv


Elə bil, uşaq başı aldadırlar. Adını da yalandan qoyullar ki, guya bu yerlərə meşəçi və ali təhsilli işçi tapılmır və ya əmək haqqı az olduğu üçün heç kim gəlib işləmək istəmir. Neçə olur ki, hər il regionumuzdan olan 10-dan çox tələbə ekoloq və məşəçi ali təhsil diplomu alır. Görəsən niyə sözügedən ali təhsilli işçiləri Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində işə götürmürlər?.
Şəxsən mən bir şeyin şahidi olmuşam: Bir il bundan öncə Azərbaycan Dövlət Aqrar Universitetinin meşəçilik ixtisasını bitirən bir cavan oğlan Mərkəzə iş üçün müraciət etdi. Mərkəzdə onu qeydə alıb dedilər ki, iş olan kimi səni özümüz çağıracayıq. Sonra mən dedim ki, axı bir boş ştat var, onu verin qoy işləsin. Dedilər: "səs salma. Sadəcə olaraq Ekologiya Nazirliyindən bizə tapşırılıb ki, həmin gələnləri yola verin, qoy getsinlər. Yalandan qeydə alın və sonra deyin ki, iş olan kimi özümüz çağıracağıq.


İndi keçək Abturab Bağırova:


-Orta ixtisas təhsilli (kollec bitirən), qeyri-meşəçi, vurma cədvəlini belə soruşsanız bilməyən və düzgün akt yazmağı bacarmayan;
-Özü və yaxın qohumları Masallı meşəbəyliyini 20 saylı dolayında meşə zolağlarını zəbt edib orada əsaslı tikintilər salan;
-Dövlət meşə fondu torpaqların vətəndaş və kərpic zavodlara qazdırıb satdıran;
-Dövlət meşə fondu torpaqlarında süni balıqçılıq gölləri, mal-qara fermaları saldıran;
-Dövlət meşə fondu torpaqların qeyri-qanuni istirahət mərkəzi, ev yeri , kənd təsərrüfatı bitkiləri əkmək məqsədilə və örüş kimi vətəndaş və ferma sahiblərinə satan;
-Yoxlamalar zamanı yazılan akt və cərimələrin gizlədən. Hətta o cərimələrin pullarını alıb öz cibinə qoyan. Guya özü, həmin aldığı pulları üzərlərinə cərimə yazılan gözətçilırin əvəzinə ödəyəcək. Məsələn, 2020-ci il direktor təhvil-qəbulunun yoxlamasında yazılan 15.000 cərimə. Hətta sözügedən cərimələr Mərkəzin "Qeydiyyat kitab"ına belə salınıb;
-Meşələrdən qeyri-qanuni "işlik" materialları çıxartdırıb satdlran;
Mərkəzin "Niva" markalı maşını şəxsi maşını kimi məşqul edib sağa-sola sürən və deyilənə görə, həmin maşından hər dəfə istifadə edib bəzi gözətçilərə : "Maşının təmirinə xərc lazımdır. davay, 3 m³ material" -deyən. Gözətçi də qorxusundan neyləsin;

-2013-cü ildə dövlət meşə fondu torpaqların satdığı üçün, Masallı Məhkəməsinin qərarı ilə ev dustaqlığına məhkum olunan;

-2020-ci ilin dekabr ayı pul üstündə Qəriblər meşəbəyliyinin sabiq meşəbəyisi Sədrəddin Abbasovu 8 saylı dolayda vurub hündürlükdən itəlyən. Sədrəddin həmin zaman ağır bədən xəsarəti almış və hətta bir neçə gün xəstə də yatdı. Bu barədə olan iş hətta hüquq mühafizə orqanlarına qədər gedib çıxmışdır. Bu işdən dərhal sonra ETSN-nin müavini Firdovsi Əliyev Meşəlırin İnkişafı Xidmətinin sabiq rəisi Namik Xıdırovla Masallıya yollanaraq məsələni yoluna qoyub, onları barışdırmağa nail olmuşdular və yalan saxta həmkarlar keçirtdirərək, guya Sədrəddin Abbasov özü dəyib əzilib və s.


-Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində bütün çirkin işlərin ssenarisini verən və s.\kəndtv

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.




Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir
Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir
Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir
Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir
Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir
Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir
Ekologiya naziri Vüqar Kərimovun Masallıda kı, "Qara kassir"i hegemonluq edir