Ötən həftə bəzi xəbər portallarında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri, professorları işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi, eləcə də digər nöqsanlarla bağlı yazı dərc olunmuşdu. Bu barədə Kardiologiya İnstitutunun mətbuat xidməti geniş açıqlama vermiş yazılanların həqiqətə uygun olmadıgını bildirmişdi. Bu gün inistitutun bir qrup əməkdaşı da Qaynarxett.az müraciət edərək bu barədə fikirlərini bildiriblər. Onlar qeyd edirlər ki, professor Elman Ələkbərov icbari tibbi sığorta ilə işləmək istəməməsi səbəbindən öz ərizəsi ilə institutdan ayrılmışdı. Ancaq direktor Gülnaz Dadaşovanın bilavasitə istəyi ilə hörmətli pofessor inistitutun Elmi Şurasında saxlanılmışdır:
"Professor Elman Ələkbərov uzun müddət inistitutun ən böyük infarkt şöbəsinin rəhbər olub. O, işdən cıxmasına səbəb kimi bildirir ki, son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi inistitutda tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait olmayıb. Hörmətli professorda bu qərəz haradan qaynaqlanır görən?! Professor bildirir ki, "Dünyanın harasında belə sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir." Başa düşmək olmur, bunun günahı direktor Gülnaz Dadaşovadadır? Tənqid etmək olar, əslində bu lazımdir, amma, səmimi olub, düzə düz, əyriyə əyri demək lazımdır. Əvvəllər professorlar inistitutda özləri istədikləri xəstələrə baxıblar. Yüksək məbləqdə "şirinlik" də alıblar. İndi isə inistitutda sistem dəyişib, hər şey şəffafdır, xəstələr tibbi sugortadan bəhrələnib yüksək səviyyədə müayinə və müalicə olunurlar. Şəhid ailəsi, qazi və Vətən müharibəsi iştirakçıları ödənişsiz olaraq EXO KQ, EKQ, nevroloji və endokrinoloji tibbi müayinələrdən keçirilir və müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilir. Bu kimlərisə niyə qıcıqlandırmalıdır."
Pofessor Elman Ələkbərov direktorun qəbullarından da gileylənir. İnistitutda hamı bilir ki, Gülnaz xanım böyük-kicik yeri bilən, səmimi, mehriban insandır. Ancaq oda var ki, işə məsuliyyətlə yanaşır, tələbkardır. İndi 5 dəqiqə gec qəbul olunub deyə, küsüb getməlidir? Elman müəllim özü də etiraf edir ki, Gülnaz xanım o 5 dəqiqəyə görə zəng edərək üzürxahlıq edib. Amma prafessorun qərəzi "göz cıxarır":" Getdim gördüm, qabaqda kimlərsə oturub. Öz həkim kolleqamızdı, demək də olmur, dur get, öz yerində əyləş. Bunu da qəsdən edirlər ki, qarışıqlıq olsun." Şərhə ehtiyac varmı? Ümumiyyətlə bu müsahibə bu dedi-qodudan başqa bir şey deyildir. "
Sonda demək istəyirik ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutu son illər daha da inkişaf edərək respublikada ən nümunəvi tibb müəssisələrindən birinə cevrilmişdir. Təbbi ki, bu nailiyyətlərin qazanılmasında institutun direktoru gənc professor Gülnaz Dadaşovanın əməyi böyükdür. Görünür bu ugurları "həzm" edə bilməyənlər də var. Buna qısqanc gözlə baxmaq, şər və böhtan atmaq hec kimə xeyir gətirməz. Unutmayın, "yalan ayaq tutar, ancaq yeriməz", cənablar.
Qaynarxett.az