backend

İsmayıllının başcısı Nahid Bağırov axır ki, bir ildir ondan şikayətci olan sakibkarı qəbul etdi, ANCAQ... - Video

Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu Qaynarxett.az-a növbəti dəfə video-müraciət edib. O, bildirir ki, müxtəlif bəhanələrlə ona verilməyən yay otlaq sahəsinin əsas səbəbi məlum olub. Azər Mürsəlov bildirir ki, məlum məsələ ilə bağlı aidiyyatı orqanlara şikayət etdiyi 1 il ərzində İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov onu şəxsən qəbul etməyib. Müavinləri ilə görüşdürülən Mürsəlovu hər dəfə yalan vədlərlə aldadıblar. Ona haqqı olan yayaq otlaq sahəsinin veriləcəyi bildirilsə də, bu məsələ bilinməyən səbəblərdən uzadılıb. Təxminən 1 ay öncə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov Azər Mürsəlovu nəhayət qəbul edib. Qəbul zamanı ona açıq aşkar bildirib ki, etdiyi şikayətlərə, xəbər saytlarına verdiyi müsahibələrə görə həmin ərazini ona verməyəcək.

Video müraciəti təqdim edirik...