backend

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Makron atəşkəs üçün Çinə gedir

"Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibəni bitirmək yönündə təzyiqlər edilir. Hazırkı ümumi mənzərə Rusiyanın lehinə, Ukraynanın isə əleyhinədir".

Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Rusiya-Ukrayna müharibəsində yeni mərhələ: Makron atəşkəs üçün Çinə gedir

Deputat dünən Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutan görüşə münasibət bildirərkən qeyd edib ki, bu təmas istənilən nəticəni vermədi:

"Düzdür, daha sonra Donald Tramp açıqlama verdi ki, görüşün nəticələri müsbətdir, amma detallar açıqlanmayıb. Hazırkı durumda Ukrayna dünyanın gözü qarşısında parçalanır. Donald Trampın isə sülh əldə etmək istədiyi görünür. Lakin həqiqət odur ki, kim müharibə edir etsin, qazanan ABŞ olmaq istəyir. Ona görə də hazırkı məqamda Trampa ən azı atəşkəs lazımdır. Hiss olunur ki, Zelenskiyə təzyiqlər var. Rusiyanın da öz tələblərindən geri dönməməsi döyüşlərin hələ davam edəcəyini göstərir. Putinin istəyi budur ki, danışıqlar masasına əyləşməzdən əvvəl daha çox ərazini ələ keçirsin və bunun ardınca güzəşt imitasiyası yaratsın. Reallıq isə odur ki, həm sərvətlər, həm də ərazilər baxımından Ukrayna əvvəlki kimi olmayacaq.

Zelenskinin şəxsi və siyasi taleyi də sual altındadır. Bundan başqa, Avropa da gedən döyüşlərdən yorulub. Cəmiyyətlər hökumətlərin üzərinə gedir. İtaliya Ukraynaya silah vermək istəmir, Macarıstan və Slovakiyanın mövqeyi bəllidir, Almaniya rəhbərliyi isə xalqın təzyiqi ilə üzləşib. Yaxın vaxtlarda sülhdən danışmaq tezdir. Bu fonda Fransa prezidentinin Çinə səfəri də diqqətdə saxlanılmalıdır. Makron istəyir ki, Si Cinpin Putinə müharibəni bitirmək üçün təzyiq göstərsin.