backend

Fariz İsmailzadə:Ölkəmizin davamlı inkişafı məhz birbaşa cənab Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir

Azərbaycanın suverenliyinin bərpası, tarixi şanlı Zəfərimiz, Qarabağda aparılan yenidənqurma və bərpa işləri, regionda təşəbbüs edilən sülh və əmin-amanlıq şəraiti, dünya miqyasında Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artması, ölkəmizin davamlı inkişafı məhz birbaşa cənab Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir.

Bu il cənab Prezidentin Ağ Evə tarixi rəsmi səfəri, Azərbaycan–Amerika münasibətlərinin ali səviyyədə inkişafı, Birgə Bəyannamənin imzalanması və ABŞ Prezidentinin bu sənədə verdiyi dəstək Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinin bariz göstəricisidir.

Azərbaycan–Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüsü cənab Prezident İlham Əliyevin dərin düşünülmüş, müdrik və strateji xarici siyasətinin təzahürüdür.

Fariz İsmailzadə
Milli Məclisin deputatı