backend

Vüqar Əhməd təltif edildi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, görkəmli ədəbiyyatşünas alim və mətbuat xadimi Vüqar Əhməd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub. Medal AMEA - nın Rıyasət Heyətinin Akt Zalında Vüqar Əhmədə və digər laureatlara akademik- katib Arif Həşimov tərəfindən təqdim olunub. Vüqar Əhmədi təbrik edir, uğurlar arzu edirik.