Qaynarxett.az xəbər verir ki, görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Komitənin məsul əməkdaşları iştirak edib.Regional toplantı zamanı ittifaq üzvləri ilə təşkilati fəaliyyətin gücləndirilməsi, təhsil işçilərinin sosial və əmək hüquqlarının müdafiəsi, həmrəylik prinsiplərinin möhkəmləndirilməsi və ilk təşkilatların inkişafı istiqamətində aktual məsələlər diqqətə çatdırılıb.
Görüş çərçivəsində ETİHİ Respublika Komitəsinin fəaliyyətinə dair təqdimatlar keçirlib, iştirakçıları maraqlandıran mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi regional görüşləri bölgələr üzrə mərhələli şəkildə davam etdirir.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hazırda 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 147 üzv təşkilatı özündə birləşdirir.
















