Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov də iştirak edib. Deputat sakinlərlə görüşərək onları müqəddəs Ramazan və Novruz bayramları münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.
Bayram tədbiri çərçivəsində milli adət-ənənələr nümayiş olunub, sakinlər bir araya gələrək bayram sevincini bölüşüblər.
Sonda isə Novruzun əsas rəmzlərindən olan bayram tonqalı alovlandırılıb və tədbir yüksək əhval-ruhiyyə ilə başa çatıb.




