Nə isə, Allah bazarını vesin, ona sözümüz yox. Sözümüz Akif müəllimin "KRİŞA"larınadır, əsas da Nazirlikdə yumyumşaq kresloda əyləşib katibə xanımın dəmləyib gətirdiyi pürrəngi caydan bir qurtum "vurub" "oxaaay" deyən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə cənabınadır. Möhtərəm rəis dogrudanmı Sizin Akif Məmmədovun belə-belə "əlləm-qəlləm" işlərindən xəbəriniz yoxdur?
Axı, mətbuat vaxtaşırı ondan yazır. Birdir-ikidir bəyəm, hansını deyək?! Hec olmasa bir dəfə də olsa töhmət demirik, xəbərdarlıq da olsa elan etmisinizmi dostunuza?! Belə görünür ki, xeyr! Cənab Nazir Muxtar Babayevun xəbəri olmaya bilər, sizin isə... Ay səni... Deməli, torbada pişık var, ha, cənab rəis?!





