Metbuat.info xəbər portalına bir neçə gün öncə Lənkəran rayon Viravul kənd sakini Rəhmanov Fikrət Salam oğlu tərəfindən bir şikayət daxil olmuşdur .
Şikayətçinin bildirdiyinə görə, evlərinin yanında 35-40 ilin yaş ağacları kəsilib.
"Keçən il mənə 1 saylı Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev 2 yaş ağcı kəsdirdi.
Ürəyi bununla soyumayan Quliyev kəsilən ağacların yanında kı, digər bir neçə ağacı da kəsdirmək istəyir. Hətta məni məcbur edərək hədə-qorxu da gəlir. Şakir Quliyev mənə bildirdi ki, guya yol dar olduğu üçün sözügedən ağaclar kəsilməlidir ki, yol genişlənsin.
Eyni zamanda 12 il bundan öncə öz əlimlə əkdiyim digər bir neçə ağacı da axşamlar zədələyirlər ki, qoy yanıb məhv olsun. Deyəsən mərhum Ulu Öndərin ağaclar barəsində dediyi "kəlamlar"ı bunlar unudublar."-deyə vətəndaş bildirmişdi.