backend

Vasif Talıbov YAP-ın 30 illiyi münasibətilə təşkil olunan tədbirdə niyə iştirak etməyib? – HƏQİQƏTƏN DƏ…

Bildiyiniz kimi, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi qeyd olunur. Bu münasibətlə Heydər Əliyev mərkəzində Prezident İlham Əliyev, bir sıra ziyalılar, YAP üzvləri, hətta müxalifət partiyalarından nümayəndələrin də iştirakı ilə tədbir keçirilib.Lakin uzun illərdir bu partiyada təmsil olunan, hətta YAP idarə heyətinin üzvü olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov zaldakı qonaqlar arasında gözə çarpmayıb. Düşünə bilərsiz ki, ümumiyyətlə, Vasif Talıbov bu və ya digər üzrlü səbəbdən tədbirə təşrif buyurmayıb. Amma elə deyil. Talıbov Bakıya, Heydər Əliyev Mərkəzinin qarşısına qədər gəlib, lakin tədbirə buraxılmayıb.

Maraqlıdır, niyə?


Yarandığı vaxtdan YAP sıralarında olan, stajlı məmur hansı səhvlərinə, yanlışlarına görə tədbirə buraxılmayıb? O tədbirə ki, müxalifət partiyalarının sədrləri belə ön sıralarda əyləşiblər. Hətta, məşhur “91-lər”dən olan, hal- hazırda müxalifətdə yer alan Əli İnsanov belə YAP tədbirinə dəvətli idi. Görünür, Vasif Talıbova idarə heyətinin üzvü olduğu siyasi təşkilatda artıq yer yoxdur.
Həqiqətən, maraqlıdır, görəsən, bu addım Talıbovun hansı günahlarının cavabıdır? //Gundem.az//