Qaynarxett.az xəbər verir ki, tədbirdə vurğulanıb ki, Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə daim ən müasir biliklərə yiyələnməyi, vətənə layiqli vətəndaş kimi xidmət etməyi tövsiyə edir. Çıxışlarda qeyd olunub ki, “Ən yaxşı təqdimat” müsabiqəsi gənclər arasında Heydər Əliyev irsinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Millət vəkili Fatma Yıldırım bildirib ki, təmsil etdiyi Bərdə şəhəri Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Kənan Əlizadənin müsabiqənin qalibləri sırasında yer alması onda xüsusi məmnunluq hissi yaradıb.
Deputat müsabiqənin bütün qaliblərini təbrik edib, onlara təhsil həyatında yeni-yeni uğurlar arzulayıb.





