backend

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində nə baş verir? - Həmid Pənahov haqqında İLGİNC İDDİA

Qazax rayonunda fəlayyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzi ilə bağlıQaynarxett.az-a şikayət daxil olub.

Qazaxdan daxil olan məlumatda bildirilir ki, Dövlət Aqrar İnkişaf Mərkəzində rüşvət qarlışığında vətəndaşlara saxta torpaq sənədləri düzəldilərək subsidiyalar verilir. Bildirilir ki, Dövlət Aqrar İnkişaf Mərkəzininin direktoru Həmid Pənahov sahibkarlarla əlbir olaraq yararsız və əkilməyən torpaq sahələrini, arpa, taxıl və sair dənli bitkilərin əkildiyini bəyan edərək sənədləşdirir.

Saxta bəyan sayəsində hər il dövlətdən külli miqdarda subsidiya vəsaitləri oğurlanır. Qeyd olunur ki, Həmid Pənahov saxta bəyanlar verməklə dövlətdən əldə edilən subsidiya yardımı məsələsində sahibkarla şərik çalışır. Əldə edilən vəsaitin yarısı birbaşa Həmid Pənahova çatır.

Verilən məlumatda vurğulanır ki, Həmid Pənahovun digər maxinasiyası hər il həyata keçirilən süni mayalnma prosesidir. Belə ki, Dövlət Proqramı əsasında hər il vətəndaşlara məxsus inəklərinin süni mayalanması nəzərdə tutulur. Məhz Həmid Pənahov adı çəkilən proqrama uyğun hər il inəyi süni mayalanan şəxslərin saxta “siyahısın” tərtib edir və bu yolla dövlətdən vəsait mənimsənilir.

Bildirək ki, süni mayalanmaya görə dövlət tərəfindən hər inəyə 110 manat vəsait ödənilir. Verilən məlumatda qeyd olunur ki, Heydər Yaqubov süni mayalanma siyahısının 20 faizi həqiqəti əks etdirir və qalan 80% süni mayalanma isə saxta yollarla sənədləşdirilir.

Qeyd edək ki, Həmid Pənahovun adı ölkə mətbuatına bəlli ismdir. O, YAP Qazax Rayon Təşkilatının sədri olub. Bu ilin fevral ayında YAP-ın qərarı ilə bu vəzifəsindən azad olub.

Qaynarxett.az olaraq calışdıq ki, sözügedən məsələ ilə bağlı Həmid Pənahovdan mövqe öyrənək, telefonlarımıza cavab verən olmadı.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.