backend

Masallı meşələri biznes ocağına çevrilib

Masallı meşələri biznes ocağına çevrilib

Etibarlı mənbədən Azerinfo.az xəbər informasiya agentliyinə daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyinin 20 saylı dolayında Zəkəriyyə adlı sahibkar dövlət meşə fondunu zəbt edərək orada qanunsuz tikililər salmışdır.

Mənbənin bildirdiyinə görə, sözügedən sahibkar orada maşın sexi və s. dükanlar salıb və həm də bir başa işlənmiş maşın yağı və zibillır meşə ərazisinə tökür.


Qarşı tərəfin mövqeyini öyrənmək üçün Zəkəriyyə ilə əlaqə saxladıq, o isə bizə sözügedən yerə 1992-ci ildən çıxarışi olduğunu söylədi.

Bizə çatan məlumat görə, sözügedən ərazilərin "dolyasın" sabiq meşə baş mühafizə mühəndisi Abturab Bağırov yığıb Meşələrin İnkişafı Xidmətinə ötürür.

Qarşı tərəfi dinləməyə hazırıq.