Qaynarxett.az xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə verdiyi töhfələr, eləcə də Gəncə şəhər təşkilatının ötən 33 il ərzində həyata keçirdiyi fəaliyyət və əldə etdiyi uğurlar barədə çıxışlar səsləndirilib.
Deputat Müşfiq Cəfərov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edərək, Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafında, siyasi sabitliyin qorunmasında və milli maraqların təmin olunmasında mühüm rol oynadığını vurğulayıb.
Tədbir iştirakçıları partiyanın gələcək fəaliyyət istiqamətləri, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və ölkənin inkişafına xidmət edən təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.




