Şəkinin Daşbulaq kənd məktəbinin bağlanacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat geniş ictimai rezonans doğurub.
Qaynarxett.az-ın məlumatına görə, məsələ ilə bağlı paylaşım edən jurnalist bildirib ki, məlumat rəsmi sənədə əsaslanıb və müəllimlərə göndərilən bildirişin fotosu da ictimaiyyətə təqdim olunub.
Onun sözlərinə görə, xəbərin yayılmasından sonra çoxsaylı vətəndaşlar məsələyə dəstək verib.
Daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyinin sözçüsü məktəbin bağlanacağı ilə bağlı məlumatı təkzib ediblər. Nəticədə məktəbin fəaliyyətini davam etdirəcəyi bildirilib.
Jurnalist qeyd edib ki, məsələ ilə bağlı 115 saylı Şəki kənd seçki dairəsinin deputatı Cavanşir Feyziyevlə əlaqə saxlayıb. Deputatın dərhal aidiyyəti qurumlarla əlaqə yaradaraq vəziyyəti araşdırdığı, daha sonra isə şəxsən zəng edərək nəticə barədə məlumat verdiyi vurğulanıb.
Paylaşımda Cavanşir Feyziyevin seçicilərinin problemlərinə həssas yanaşdığı, onların müraciətlərini dinləyərək aidiyyəti dövlət qurumları qarşısında qaldırmağa hazır olduğu qeyd edilib. Həmçinin deputatın öz şəxsi vəsaiti hesabına Şəkinin kəndlərində bir neçə məktəbin inşasına dəstək verdiyi də xatırladılıb.
Müəllif bildirib ki, bütün deputatların jurnalist sorğularına və vətəndaş müraciətlərinə bu cür operativ münasibət göstərməsi cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu hadisə ictimai nəzarətin, media fəaliyyətinin və vətəndaş həmrəyliyinin konkret nəticə verdiyini bir daha nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
banner / gundem / Siyasət
Siyasət
gundem / Siyasət
gundem / Siyasət
Sosial / Təhsil






