Qaynarxett.az xəbər verir ki, deputat bildirib ki, havaların əlverişli keçməsi nəzərə alınaraq, daimi vətəndaş qəbulları ilə yanaşı, dairənin müxtəlif məhəllələrində səyyar görüşlərə start verilib. İlk görüş Fuad İbrahimbəyov 5, Abdulla Şaiq 214 və 216, Nabat Aşurbəyova 202, 221 və 223, həmçinin Məhəmməd Naxçıvani 10 ünvanlarında yaşayan sakinlərlə təşkil olunub.
Görüş zamanı vətəndaşlar sosial məsələlər, məşğulluq problemləri və gündəlik həyatda qarşılaşdıqları digər çətinliklərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar.
Qaldırılan məsələlərin bir hissəsinin yerindəcə operativ həll olunduğu bildirilib. Araşdırılması və müəyyən prosedurlar tələb edən müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə nəzarətə götürülüb.









