Oktyabrın 10-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
Qaynarxett.az xəbər verir ki, iclası açan parlamentin sədri Sahibə Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin oktyabrın 1-dən 3-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfəri barədə məlumat verib.
Sonra plenar iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri Zahid Oruc, deputatlar Vasif Qafarov, Günay Əfəndiyeva, Hikmət Məmmədov, Elman Nəsirov, Rəşad Mahmudov, Tural Gəncəliyev, Razi Nurullayev, Əli Məsimli, Ceyhun Məmmədov, Səyyad Aran çıxış ediblər.
Deputat Razi Nurullayevin çıxışını təqdim edirik.
Sevindirici haldır ki, ölkəmizdə yüngül fərdi nəqliyyat vasitələrinin - skuterlərin, velosipedlərin, motosikletlərin və buna bənzər digər vasitələrin sayı artır və bu da şəhərə düşən nəqliyyat yükünün azaldılması deməkdir. Bununla bərabər, onlar özləri ilə həm də təhlükə gətirib. Təhlükənin səbəbi isə bir çox istifadəçilərin bu tip nəqliyyat vasitələrinə əyləncə kimi yanaşmasıdır. Hər gün onlarla sakin skuter, velosiped və ya onlara bənzər vasitələrlə vururlur, şikəst edilir.
Təbii ki, skuterlərin, velosipedlərin artmasının və geniş istifadəsinin tərəfdarıyam. Amma, müəyyən önləyici tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Ciddi şəkildə maarifləndirmə.
Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərə, təhsil müəssisələrinə bir təlimat hazırlasın və heç olmasa həftədə bir dəfə müəllimlər şagird və tələbələrə izah etsin ki, skuter və velosiped əyləncə deyil, diqqətsiz bir hərəkət kiminsə həyatına son qoya və ya ömürlük şikəst edə bilər.
Eyni zamanda istərdim ki, sosial şəbəkələrdə, iş kollektivlərində, şirkətlərdə və dövlət qurumlarında ciddi və davamlı şəkildə maarifləndirmə təlimatları həyata keçirilsin. Onlar da öz övladlarına, yaxınlarına bu barədə xəbərdarlıq etsinlər. Mətbuat nümayəndələrini də maarifləndirmə işində fəal olmağa dəvət edirəm.
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
gundem / Siyasət
Sosial
gundem / Iqtisadiyyat