Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Azərbaycanın ortaya qoyduğu sülh mövqeyi bu gün qlobal miqyasda təqdir edilir: “II Qarabağ müharibəsi nəticəsində BMT-nin çıxarmış olduğu qətnamələri təkbaşına icra edən Azərbaycan bu gün beynəlxalq birliyin ən fəal və etimad göstərilən üzvü kimi vacib proseslərdə yer almaqdadır. Bu mənada cənab Prezidentin Misirdə Yaxın Şərqə Sülh Sammitində iştirakı Azərbaycanın bu prosesə verəcəyə mühüm töhfə ilə izah olunur. Təbii ki, Yaxın Şərq Sülh Sammiti, regionda davam edən münaqişələrin həlli yollarını müzakirə etmək, humanitar böhranların qarşısını almaq və regional əməkdaşlıq imkanlarını dəyərləndirmək məqsədi daşıyırdı. Bu Sammitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə qarşılandı. Prezident Əliyevin sərgilədiyi mövqe və Onun diplomatik təmasları Azərbaycanın regional və qlobal siyasətdə artan çəkisinin göstəricisi kimi dəyərləndirilir. Bu baxımdan da Prezident İlham Əliyevin Yaxın Şərq kimi mürəkkəb və ziddiyyətli bir regionla bağlı keçirilən yüksək səviyyəli tədbirdə iştirakı olduqca önəmli idi”.

Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün Azərbaycan öz torpaqlarını 30 illik Ermənistanın işğalından azad etdikdən sonra bu ərazilərin bərpası ilə yanaşı yeni bir reallığın da əsasını qoyub: “Azərbaycanın sərgilədiyi sülh və əməkdaşlıq nümunəsi artıq qlobal miqyasda təqdir edilir. 30 il dağıdılmış, xarabaya çevrilmiş ərazilərdə Azərbaycan bu gün xariqələr yaradır. Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəlişin rəmzinə çevrilib. Artıq uzun on illiklər öz ata-baba yurdlarından köçmüş soydaşlarımız evlərinə qayıdır. Bu evləri isə Azərbaycan dövləti məhz öz imkanları ilə ən yüksək səviyyədə inşa edir. Həmin ərazilərdə isə yaşayış evləri ilə yanaşı bütün zəruri infrastruktur bərpa edilir. Çünki erməni vandalları ərazidəki yaşayış və sosial infrastrukturla yanaşı ekologiyanı da zədələyib, ekosistemi pozub. Bu mənada Azərbaycan dövləti dağıntının müharibənin nə olduğunu və onun ağır nəticələri aradan qaldıraraq yenidən canlamanın necə mümkün olacağının nümunəsini ortaya qoyub”.