8 oktyabr 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ETİHİ RK) VI Məclisinin iclası keçirilib.
İclasda təşkilatın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və aktual məsələlər müzakirə olunub, Məclis üzvləri arasında fikir mübadiləsi aparılıb.
Məclisin gündəliyinə əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayına, eləcə də AHİK-in Məclis və İcraiyyə Komitəsinə nümayəndələrin seçilməsi məsələləri müzakirə edilib.
Eyni zamanda, ETİHİ Respublika Komitəsinin Məclis üzvləri arasında qismən dəyişikliklər edilib. İşdən azad olunan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı təşkilatlarının sədrləri Məclis üzvlüyündən cıxarılıb, onların yerinə isə yeni nümayəndələr seçilib.
OXŞAR XƏBƏRLƏR
gundem / Siyasət
gundem / Siyasət
Sosial / Təhsil
Sosial / Arasdirma
Sosial / Təhsil
Sosial / Siyasət